Timoşenko Putinə: `Sonunuza az qalıb! - Video müraciət
“Ukraynanın əsl patriotu, bizim yoldaşımız, “Batkivşina” partiyasının deputatı Vladimir Rıbak Rusiya xüsusi təyinatlıları tərəfindən öldürülüb. Mən cinayətkarları ədalətə təslim etməyənə qədər dayanmayacağam. Mən hesab edirəm ki, bu cinayətə görə məsuliyyəti şəxsən Ukraynaya qarşı elan olunmayan müharibə aparan Vladimir Putin daşıyır”- deyə, Timoşenko bildirib.
“İndi mən birbaşa ona müraciət edirəm: “Bizim mübarizəmiz rus xalqı ilə deyil. Biz sizin imperiya ambisiyalarınıza qarşı mübarizə aparırıq. Ukrayna ilə müharibə sizin rejiminizin sonu olacaq. Şübhəniz olmasın: biz qalib gələcəyik, sizin insanlar isə törətdikləri bütün cinayətlərə görə cavab verəcəklər. Vahid Ukrayna sülh içində yaşayacaq. Yaşasın Ukrayna!” – deyəTimoşenko vurğulayıb.
Eldar
AzVision.az