Fələstinin baş naziri istefa verdi

Fələstinin baş naziri istefa verdi
  26 Aprel 2014    Oxunub:1695
Fələstinin baş naziri Rami Həmdullah istefa verib.
Məlumata görə, istefa yeni hökumətin formalaşdırılması üçün şəraitin yaradılması ilə əlaqədardır.

Aprelin 23-də HƏMAS hərəkatı və Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas sülh razılaşması imzalayıblar.

Razılaşmaya əsasən, Fələstin Muxtariyyətində vahid hökumət formalaşdırılacaq, 6 ay ərzində isə muxtariyyətin prezidenti və parlamenti seçiləcək.

Qeyd edək ki, İsrail “Fəth” və “Həmas” hərəkatları arasında barışıq razılaşmasının imzalanmasından sonra Fələstinlə sülh danışıqlarının dayandırdığını bəyan edib. /APA/


Teqlər:





Xəbər lenti