Slavyanskda ATƏT nümayəndələri saxlanıldı

Slavyanskda ATƏT nümayəndələri saxlanıldı
  26 Aprel 2014    Oxunub:896
Ukraynanın Slavyansk şəhərində federallaşma tərəfdarları ATƏT nümayəndələri və ukraynalı zabitləri saxlayıblar.
AzVision xəbər verir ki, bunu Slavyansk şəhərinin qondarma “xalq meri” Vyaçeslav Ponomaryov bəyan edib.

Onun sözlərinə görə, şəhərin blok-postlarının birində yerli könüllülər ATƏT nümayəndələri və Ukrayna baş qərargahının zabitlərini daşıyan mikroavtobusu saxlayıblar.

Bundan əvvəl Ukrayna XİN-i Donetsk vilayətindəki ATƏT missiyası ilə əlaqənin itdiyini bildirmişdi.


Teqlər:  





Xəbər lenti