“Böyük Yeddilik”dən Rusiyaya daha bir zərbə
G7 (ABŞ, Yaponiya, Böyük Britaniya, Fransa, İtaliya və Kanada) bəyanatında bildirilir ki, növbəti ay Ukraynada dinc yolla seçkilərin keçirilməsi üçün Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır.
“Biz Rusiyaya qarşı əlavə sanksiyaların daha tez qəbul olunması üçün razılığa gəldik. Ukraynada növbəti ay keçiriləcək prezident seçkilərinin dinc yolla keçirilməsi üçün sanksiyaların tez bir zamanda gücləndirilməsinə hazırıq” – deyə, G7-nin Ağ Ev tərəfindən səsləndirilən bəyanatda bildirilir.
ABŞ prezidenti Fransa prezidenti, Almaniya kansleri, İtaliya və Böyük Britaniya baş nazirləri ilə telefon danışığı zamanı bildirib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırdır.
Eldar
AzVision.az