Ermənilər Ərdoğanı Nobelə namizəd göstərdilər
Erməni icmasına məxsus bir çox ictimai birliklərin rəhbərləri və erməni jurnalistlər də bu fikirdədir.
“Bu addımlardan sonra Nobel sülh mükafatı gündəmə gəlməlidir. PKK məsələsini həll etmək belə bu mükafat üçün kifayətdir.
Erməni məsələsinə gəlincə isə, ciddi nəticə əldə olunarsa mühüm bir mərhələyə keçiləcək. Erməni məsələsi Türkiyənin ən böyük tabusudur. Qrant Dinki bu irqçiliyə görə itirdik. Bundan 10 il əvvəl biz 1915-ci il olayları ilə bağlı yazıları həbs olunmaq və həyatımızı itirmək risqlərini gözə alıb yazırdıq. O günlərdən belə günlərə gəlib çıxa bilmək gözəldir”. – deyə erməni əsilli jurnalist Markar Esayan bildirib.
Fatimə Kərimli