Ukrayna Krımın suyunu kəsdi

Ukrayna Krımın suyunu kəsdi
  26 Aprel 2014    Oxunub:1262
Ukrayna Dnepr çayından Şimali-Krım kanalı vasitəsilə Krım yarımadasına suyun verilişini dayandırıb. AzVision.az -ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bununla da Ukraynadan yarımadaya suyun verilməsi tamamilə məhdudlaşdırılıb.

Qeyd edək ki, Krımın içməli suya olan tələbatının 85 faizi məhz bu kanal hesabına təmin olunurdu. O 1961-1971-ci illərdə tikilib. Kanal Kaxov su anbarından başlayaraq Kerçə qədər uzanır. Onun uzunluğu 402,6 kilometrdir, o saniyədə 300 kubmetr su ötürmək qabiliyyətinə malikdir.

Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti