Ukraynanın şərqində gərginlik artır - VİDEO

Ukraynanın şərqində gərginlik artır - VİDEO
  26 Aprel 2014    Oxunub:1273
Ukrayna ordusunun ölkənin şərqində başladığı hərbi əməliyyatların davam etdiyi bir vaxtda, bir-birinin ardınca bölgədə gərginliyin daha da artdığı ilə bağlı xəbərlər gəlməkdədir.

AzVision.az xəbər verir ki, Rusiya tərəfdarı olan silahlı, pozucu qrupların nəzarətində olan Kramatorsk vilayətində Ukrayna ordusuna aid bir ədəd «Mİ-8» helikopteri uçuş zolağında vurulub. Helikopter qısa müddət ərzində yerə düşərək alovlanmağa başlasa da, pilotun hadisədən yaralanaraq xilas olduğu bildirilir. Şahidlər helicopter vurulduqdan sonar göydə şiddətli bir partlayışın baş verdiyi, nəticədə hadisə yerinin yaxınlığında olan «AN-2» tipli bir təyyarınin də alovlandığı barədə məlumat verib.

Bu arada, özünü Rusiya tərəfdarı olan qrupların bölgədəki lideri kimi təqdim edən Vyaçeslav Ponomaryov keçirdiyi mətbuat konfransında vertolyotun onlar tərəfindən vurulduğunu iddia edib. Ponamaryov bundan əlavə, arasında Ukraynalı bir casusun da olduğunu müəyyən etdikləri ATƏT müşahidəçilərindən ibarət bir qrupun ələ keçirildiyini və araşdırmaların nəticəsindən asılı olaraq, onların sonrakı taleyini müəyyən edəcəklərini də söylədi.

Digər tərəfdən, Ukrayna ordusunun cümə axşamı səhər saatlarında Slavyanskda başladığı hərbi əməliyyatlar davam etməkdədir. Əsgərlər tərəfindən şəhərin girişində qurulmuş nəzarət məntəqələrinə də hücum edilib.

Ukrayna xüsusi təyinatlılarının şəhərin ətrafını mühasirədə saxladığı, lakin mülki əhali arasında itkilərin olmaması üçün hələ də vəziyyətə müdaxilə etmədiyi də gələn xəbərlər arasındadır.





Teqlər:  





Xəbər lenti