Mustafa Cemilovun Nobel mükafatına namizədliyi irəli sürüldü

 Mustafa Cemilovun Nobel mükafatına namizədliyi irəli sürüldü
  27 Aprel 2014    Oxunub:903
Krım tatarlarının lideri Mustafa Cemilevin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.
Məlumata görə, onun namizədliyi Tatarıstan Ağsaqallar Şurası, Tatar İctimai Mərkəz və Krım-Tatar Xalq Məclisi tərəfindən dəstəklənib.

“Şübhəsiz ki, Mustafa Cemilev bu nüfuzlu mükafata ən layiqli namizədlərdən biridir”, deyə açıqlamada bildirilir.

Tanınmış sovet dissidentlərindən biri olan Mustafa Cemilev Stalin dövründə deportasiyaya məruz qalmış xalqını Krıma qaytarılmasını tələb etdiyinə görə həyatının 15 ildən çoxunu həbsxanalarda keçirib.

Krım tatarlarının lideri bundan əvvəl 2009-cu və 2011-ci illərdə Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.


Teqlər:





Xəbər lenti