Cənubi Koreya Baş naziri istefa verdi

Cənubi Koreya Baş naziri istefa verdi
  27 Aprel 2014    Oxunub:1142

Cənubi Koreyanın baş naziri Çon Xon Von "Sevol" bərəsinin batmasına görə məsuliyyəti öz üzərinə götürərək istefa verib.
Məlumata görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Mənim postda qalmağım administrasiya üçün çox böyük yük olacaq",deyə Çon Xon Von mətbuat konfransında bildirib.

Xatırladaq ki, "Sevol" sərnişin bərəsi aprelin 16-da qəzaya uğrayıb. Bərənin normadan üç dəfə artıq yükləndiyi məlum olub. Bərənin göyərtəsində 475 sərnişin olub, onlardan 325 nəfəri Ansan şəhərindəki məktəblərdən birinin şagirdləridir. Xilasedicilər yalnız 174 nəfəri xilas edə bilib. /Trend/


Teqlər:





Xəbər lenti