İranda zəncirvari qəzada 11 avtomobil toqquşdu

İranda zəncirvari qəzada 11 avtomobil toqquşdu
  27 Aprel 2014    Oxunub:1132
İranda zəncirvari qəza baş verib.

Məlumata görə, hadisə İranın Mərkəzi vilayətində Ərak-Toure yolunda olub. Qəzada 11 minik və yük avtomobili toqquşub, 10 nəfər xəsarət alıb.

Nəticədə yolda hərəkət üç saata yaxın bağlanıb.

AzVision.az xəbər verir ki, bundan əlavə, İranın Kirmanşah vilayətində içərisində 16 nəfər sərnişin olan avtobus qəzaya uğrayıb. Nəticədə 4 nəfər xəsarət alıb.

Eyni zamanda İranın Qərbi Azərbaycan vilayətində bir atlı çaya düşüb. Hadisə Urmiya-Silvan yolunda baş verib və atlı çayda boğularaq ölüb. Onun ad və soyadı açıqlanmayıb.
APA


Teqlər:  





Xəbər lenti