Müharibə başlayır - Avropa silahlanır

Müharibə başlayır - Avropa silahlanır
  28 Aprel 2014    Oxunub:1161
Amerika və Avropa ölkələri Rusiya ilə böran yaşadığı bir dövrdə Qərbi Avropada kütləvi silahlanma prosesi gedir.

Məlumata görə, Polşadan sonra 150 Amerika əsgəri Litvada yerləşdirilib. AzVision.az xəbər verir ki, müqaviləyə əsasən, əsgərlər bu ilin axırına kimi Litvada qalacaq. Qeyd edək ki, Amerika Müdafiə Nazirliyi keçən günlərdə Polşaya da 150 desant qövvəsi göndərmişdi.

Xatırladaq ki, Amerika Dövlət katibi Con Kerri rus həmkarı Sergey Lavrov ilə bir neçə dəfə telefon danışıqları aparsa da, vəziyyət dəyişməyib. Kerri Lavrova Ukrayna sərhədində rus qoşunlarının cəmlənməsindən narahat olduğunu dilə gətirsə də, rus diplomatı Ukrayna qoşun birləşmələrinin sərhəddən geri çəkilkməsinin vacibliyini bildirib.

Axar.az


Teqlər:  





Xəbər lenti