Çində itlərə qarşı görünməmiş vəhşilik

Çində itlərə qarşı görünməmiş vəhşilik
  28 Aprel 2014    Oxunub:886
Çinin şimalında sahibsiz itlərin böyük bir qəbiristanlığı aşkar edilib.
O da məlum olub ki, 100-ə yaxın heyvan orada diri-diri basdırılıb.

AzVision.az xəbər verir ki, mütəxəssislər müəyyən edib ki, itlərin çoxu tənəffüs yollarına torpağın düşməsi nəticəsində ölüb.

Hüquq-mühafizə orqanları tərəfindən heyvanlarla qəddar davranışla bağlı cinayət işi açılıb. Təhqiqat aparılır. Yerli hakimiyyət orqanları təmsilçiləri hadisənin onlara heç bir dəxli olmadığını bildiriblər. Musavat.com


Teqlər:  





Xəbər lenti