ATƏT nümayəndələrindən biri azad edildi

ATƏT nümayəndələrindən biri azad edildi
  28 Aprel 2014    Oxunub:940
Ukraynanın Slavyansk şəhərində girov götürülən ATƏT nümayəndələrindən biri azad edilib.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, İsveç vətəndaşı İnqvi Tomas Yoxanson səhhəti ilə əlaqədar azadlığa buraxılıb. Onun şəkər xəstələyindən əziyyət çəkdiyi bildirilir. Qalan 10 ATƏT nümayəndəsi hələdə separatçılar tərəfindən girov saxlanılır.

Qeyd edək ki, aprel ayının 25-də Ukraynanın Slavyansk şəhərində federallaşma tərəfdarları ATƏT nümayəndələri və Ukrayna ordusunun zabitlərini aparan avtobusu saxlayıblar.

Bu barədə Slavyansk şəhərinin “xalq meri” Vyaçeslav Ponomaryov xəbər verib.

Bundan əvvəl Ukrayna XİN-i Donetsk vilayətindəki ATƏT missiyası ilə əlaqənin itdiyini bildirmişdi.

Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti