ABŞ-dan `Rosneft` və `Qazprom`a qarşı sanksiya

ABŞ-dan `Rosneft` və `Qazprom`a qarşı sanksiya
  28 Aprel 2014    Oxunub:1305
ABŞ Seçin və Millerə qarşı sanksiya tətbiq edəcək.
Sanksiya tətbiq olunacaq şəxslərin ABŞ-dakı aktivləri dondurulacaq və Amerika şirkətlərinə onlarla iş birliyi qadağan ediləcək.

AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, Birləşmiş Ştatlar “Rosneft”in prezidenti İqor Seçin və “Qazprom” ASC-nin rəhbəri Aleksey Millerə qarşı sanksiya tətbiq etməyi planlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl də Seçinə sanksiya tətbiq olunması ilə bağlı xəbərlər yayılmışdı, lakin sonradan yalan olduğu məlum olmuşdu.
Xəbər verildiyi kimi, sanksiyalara əsasən adıçəkilən şəxslərin ABŞ banklarındakı hesabları dondurulacaq və Amerika şirkətlərinə onlarla iş birliyi qadağan ediləcək.

Xatırladaq ki, ötən şənbə günü G7 ölkələri Rusiyanı Cenevrə razılaşmasını pozmaqda ittiham edərək, sanksiyalarla hədələmişdi.

Cenevrə razılaşmasına görə Rusiya Ukraynada gərginliyin artmasına yol verməməlidir.

Rusiya Xarici İşlər Nazirliyi isə Moskva ilə “sanksiya dilində” danışmağın əhəmiyyətsiz olduğunu bəyan edib.

Buna baxmayaraq Ağ Ev, aprelin 28-də, Rusiyaya, xüsusilə də prezident Vladimir Putinə yaxın insanlara qarşı sanksiyalar tətbiq ediləcəyini bəyan etmişdi.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti