ABŞ-da qasırğa qurbanlarının sayı artır

ABŞ-da qasırğa qurbanlarının sayı artır
  28 Aprel 2014    Oxunub:1679
ABŞ-da təbii fəlakət qurbanlarının sayı 12-yə çatıb. Bu barədə AzVision.az “Skynews”a istinadən məlumat verir.

Arkanzas ştatının rəhbərliyi bildirib ki, təbii fəlakət nəticəsində ən azı 11 nəfər ölüb. Daha bir nəfər isə Oklahoma ştatında vəfat edib.

Qasırğa nəticəsində ən çox ziyan Arkanzas ştatının Viloniya və Meyflaur şəhərlərinə dəyib. Təbii fəlakət xeyli sayda evləri dağıdıb, on minlərlə insan işıqsız qalıb.


Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti