Böyük Britaniya qırıcıları Litvada

Böyük Britaniya qırıcıları Litvada
  28 Aprel 2014    Oxunub:1482
Onlar NATO obyektlərini qoruyacaq
Böyük Britaniya Litvaya dörd ədəd “Tayfun” adlı qırıcı təyyarə göndərir. AzVision.az “BBC”yə istinadən xəbər verir ki, hərbi təyyarələr Baltikyanı ölkələrdə yerləşən NATO obyektlərini qoruyacaq.

“Tayfun”larla yanaşı, alyansın sərhədlərini Polşaya məxsus daha 6 qırıcı təyyarə qoruyacaq.

NATO bu addımı Ukraynadakı böhranla əlaqədar olaraq Rusiya ilə gərginləşən münasibətlərlə cavab olaraq atıb.

Daha əvvəl NATO baş katibi Anders Foq Rasmussen bildirmişdi ki, təşkilat Şərqi Avropada döyüş hazırlığının gücləndirilməsi və təlimlərin keçirilməsi məqsədilə regionda əlavə hərbi personal yerləşdirmək niyyətindədir.

Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti