Pakistanda məscid partladılıb

Pakistanda məscid partladılıb
  28 Aprel 2014    Oxunub:1559
Hadisə nəticəsində 4 uşaq ölüb.
Pakistanın şimalında yerləşən məscidlərin birində terror aktı törədilib. AzVision.az-ın Çinin “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, naməlum şəxs məscidə bir neçə əl qumbarası atıb.

Ölkənin Kəraçi vilayətində törədilən terror aktları nəticəsində dörd uşaq ölüb, daha 16 nəfər isə yaralanıb. Onlardan beşinin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Eldar


Teqlər:  





Xəbər lenti