Xarkov meri güllələndi

Xarkov meri güllələndi
  28 Aprel 2014    Oxunub:969
Həkimlər onun həyatı uğrunda mübarizə aparır
Ukraynanın Xarkov şəhərinin meri Qennadiy Kernes güllələnib. AzVision.az Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, naməlum şəxslər siyasətçini kürək nahiyəsindən yaralayıblar.

Xarkov merinin mətbuat katibi Tatyana Qruzinksaya bildirib ki, Kernes ənənəvi olaraq səhər idmanı etdiyi vaxt onun həyatına qəsd edilib. Bakı vaxtilə 13:30-da mer xəstəxanaya çatdırılıb. Həkimlər hazırda onun həyatı uğrunda mübarizə aparırlar.

Qeyd edək ki, Kernes 2010-cu ilin mart ayında Xarkov meri vəzifəsinə seçilib. Regionlar partiyasının üzvü olan Kernes aktiv şəkildə millətçilərin fəaliyyətinə qarşı mübarizə aparıb.

Eldar
AzVision.az




Teqlər:  





Xəbər lenti