Rusmeyllilər Ukraynalı zabitlərə işgəncə veriblər - VİDEO 18+

Rusmeyllilər Ukraynalı zabitlərə işgəncə veriblər - VİDEO 18+
  28 Aprel 2014    Oxunub:1144
Ukrayna xüsusi təyinatlıları Qorlovka şəhərinə kəşfiyyat məqsədilə göndərilibmiş və onlara Donetsk özünümüdafiə dəstəsinin lideri İqor Bezleri tutmaq əmr olunubmuş.
AzVision.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Ukrayna Təhlükəsizlik Qüvvələrini xüsusi təyinatlı 3 zabiti “Donetsk Respublikası”nın silahlıları tərəfindən girov götürülüb. Saxlanınlar Ukraynanın `Alfa` qrupunun podpolkovniki, mayoru və kapitanıdır.

Federallaşma tərəfdarlarının məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları, gizli yollarla Donetsk qeyri-nizami ordusunun nəzarəti altında olan əraziyə giriblər. Kəşfiyyat məqsədilə gələn zabitlərin əsas tapşırıqlarından biri də Donetskin özünümüdafiə liderlərindən biri İqor Bezleri həbs etmək olub.

`Lakin Bezler özü onları tutaraq buraya gətirib. Bizə qarşı çıxan hər kəsin sonu belə olacaq. Bunların keyfiyyəti aşağıdır, kişilikləri isə sıfırdır `-deyə, Özünümüdafiə fəallarından biri Yevqeniy Qorbik həbs olunan zabitlər barəsində deyib.

Həbs edilənlərin sözlərinə görə, onlar həm də İraqda həyata keçirilən hərbi kampaniyalarda iştirak ediblər.

Əlləri və gözləri bağlı zabitlərin dindirilməsi zamanı bəlli olub ki, onlar Ukraynanın şərqinə, İzyuma təyyarə ilə gəliblər, oradan hərbi vertolyotla Kramatorska keçiblər. Tapşırıq yerinə isə zabitləri xüsusi avtomobildə çatdırıblar.

Hazırda Donetsk döyüşüləri zabitləri Ukrayna hərbi qüvvələri tərəfindən girov götürülən yoldaşları ilə dəyişməyi təklif edirlər.

LifeNews telekanalı hadisə ilə yeribndəcə tanış olub. AzVision.az telekanalın sözügedən zabitlərlə bağlı hazırladığı videomaterialı təqdim edir.



Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti