Erməni qızı pizzaçı tərəfindən öldürüldü
AzVision.az xəbər verir ki, Qqətl barədə cinayət işi qaldırılıb. Xəbər yayılan kimi qızın tanışları sosial şəbəkədə bildiriblər ki, həmin gün qız ad gününü qeyd edirmiş və bunun üçün pizza sifariş veribmiş. Məlum olub ki, qızı evə pizza gətirən 22 yaşlı tümenli Zaxar Kovriqin öldürüb. Polisdən verilən məlumata görə, pizza gətirən zaman evə girən Zaxar Kovriqin qızın əşyalarına sahib olmaq istəyib. Buna görə də yenidən evə qaydıb və ödənilən məbləği yoxlamaq istədiyni bildirib. Qız onu içəri buraxandan sonra Zaxar Kovriqin bıçağı çıxararaq qızdan pul və qiymətli əşyalar tələb edib. Pulu və qızıl üzüyü götürdükdən sonra onun polisə xəbər verəcəyindən ehtiyat edib və ona 40 bıçaq vurub.
Nune Sarkisyan sosial şəbəkələrdə aktiv olub və mütəmadi şəkillərini yayıb.
ANS
Teqlər: