Ukrayna qoşunlarını şərqə yığır

Ukrayna qoşunlarını şərqə yığır
  29 Aprel 2014    Oxunub:949
Ukrayna hakimiyyəti Rusiya ilə sərhədə 15 mindən artıq qoşun yığıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə məlumat verib.

Mənbənin məlumatına görə, Slavyansk ətrafında yığılmış əsgərlər və zirehli texnika heç də polis əməliyyatları üçün nəzərdə tutulan səviyyədə deyil. Hazırda şəhərin giriş-çıxışına nəzarət məntəqələri qoyulub və əməliyyatlar növbəti fazaya keçirilib.

Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, Slavyansk ətrafında Ukraynanın 11 min əsgəri, 160 tankı, 230 zirehli döyüş maşını, 150-dən topu və minaatanı var.

ANS


Teqlər:





Xəbər lenti