Əsədə verilən möhlət bitdi

Əsədə verilən möhlət bitdi
  29 Aprel 2014    Oxunub:914
Suriyadan kimyəvi silahların çıxarılması üçün Bəşər Əsəd hakimiyyətinə verilən müddət başa çatıb.
Açıqlamanı kimyəvi silahların qadağan olunması üzrə təşkilatın və BMT-nin birgə missiyasının koordinatoru Siqrid Kaaq verib. Onun sözlərinə görə, razılaşmanın bitməsinə baxmayaraq, silahların 8 %-i hələ də Suriya ərazisində qalmaqdadır. Kimyəvi silahların tamamilə məhv edilməsi üçün müəyyənləşdirilən son tarix isə iyunun 30-dur.

Bu arada, Suriya ordusu ölkənin müxtəlif şəhərlərində rejim əleyhdarlarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda daha 96 nəfər ölüb. Hələbdə sənaye palatası qarşısında törədilən terror aktı 24 nəfərin ölümü, 50-dən çoxunun yaralanması ilə nəticələnib.

AzVisision.az


Teqlər:





Xəbər lenti