Türkiyəyə terror hədəsi, polis ayağa qalxdı
AzVision.az Türkiyə mətbuatına istinadın xəbər verir ki, “Əl-Qaidə” terror təşkilatına tabe olan “Əş-Şəbab”ın yaydığı məlumata görə, terror aktını törətmək Somali əsilli Kanada vətəndaşı Camal Məhəmməd Diriyeyə tapşırılıb.
Bu bəyanat Türkiyənin hüquq-mühafizə orqanlarını ayağa qaldırıb. Ölkənin bütün bölgələrindəki polis bölmələrinə xəbərdarlıq edilib, gücləndirilmiş iş rejiminə keçilib.
Baş Polis idarəsinin rayon polis idarələrinə göndərdiyi xəbərdarlıq məlumatında qeyd olunur ki, Diriye bu il ərzində ABŞ səfirliyi və Türkiyədəki bir neçə binada partlayış törətmək məqsədilə Ankaraya gələ bilər.
Qeyd edək ki, adı çəkilən terror təşkilatı ötən il sentyabr ayında Keniyanın paytaxtı Nairobidə alış-veriş mərkəzində partlayış törətmişdi.
Fatimə Kərimli
Teqlər: