Suriyaya gedən azərbaycanlılar pasportlarını yandırıb - VİDEO

Suriyaya gedən azərbaycanlılar pasportlarını yandırıb - VİDEO
  29 Aprel 2014    Oxunub:1530
Suriyada Əsəd rejiminə qarşı döyüşən və İŞİD cəbhəsində təmsil olunan mücahidlər xarici pasportlarını yandırıbılar.
AzVision.az-ın məlumatına görə, bununla bağlı mücahidlərin sosial şəbəkələrdə videosu yayılıb.

Göründüyü kimi, mücahidlər öz pasportlarını cıraraq, odda yandırıblar.

İŞİd qruplaşmasında vuruşan azərbaycanlı mücahidlərin də pasportlarını yandırdığı bildirilir. Belə ki, mücahidlər ölkələrinə məxsus pasportları yandıraraq ümumi islam pasportuna yiyələniblər.

Onlar bildirilər ki, İslam Xilafəti yaradaraq öz ölkələrini qurmaq istəyirlər.



Sevinc İltifatqızı
AzVision.az



Teqlər:





Xəbər lenti