Avropa İttifaqı yeni `qara siyahı`sını açıqladı
Aİ-nin yeni sanksiyalar siyahısına Rusiya baş nazirinin müavini Dmitriy Kozak, Rusiya prezidentinin Krımdakı xüsusi nümayəndəsi Oleq Belavençev, Dövlət Dumasının vitse-spikerləri Serqey Neverov, Lyudmila Şveçova, Baş Qərargahın müdiri Valeriy Qerasimov və Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Serqun daxil edilib.
Bu şəxslərlə yanaşı siyahıya Krım Respublikasının icra orqanının ilk üzvü Olqa Kovitidi, Sevastopol şəhərinin qubernatoru səlahiyyətlərini icra edən Serqey Menyaylo, Krım işləri üzrə nazirliyin rəhbəri Oleq Savalyev də var.
Aİ-nin sanksiyalar siyahısında rusiyalı siyasətçilərlə yanaşı “Donetsk Xalq Respublikası”ının özünümüdafiə dəstələrinin rəhbəri İqor Sterlkov da var. Yeni sanksiyalar ümumilikdə 15 nəfərə şamil ediləcək.
Eldar
AzVision.az