Rusiya Qərbin sanksiyalarına cavab verəcək

Rusiya Qərbin sanksiyalarına cavab verəcək
  29 Aprel 2014    Oxunub:1041
Serqey Ryabkov: ”ABŞ özünün sanksiya siyasəti ilə “hər kəsi çaşdırmağa çalışır”, belə bir vəziyyətdə Moskva cavabsız qalmayacaq”.
Rusiyanın xarici işlər nazirinin müavini Serqey Ryabkov mətbuata müsahibəsində bildirib ki, Rusiya, Qərbin sanksiya siyahısına qarşılıq olaraq öncədən cavab tədbirləri görüb.

Sankiyalara qarşı həmin cavab tədbirləri yaxın vaxtlarda həyata keçirləcək.

Nazir müavini həmçinin bildirib ki, ABŞ və eləcə də rəsmi Vaşinqtonun siyasətini yürüdən digər dövlətlər “heç bir əhəmiyyəti olmayan sanksiyalar tətbiq etməklə problemin həllinə aparan yoldan çıxırlar”, belə bir vəziyyətdə Moskva cavabsız qalmayacaq”.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti