Ermənistanın yeni spikeri seçildi

Ermənistanın yeni spikeri seçildi
  29 Aprel 2014    Oxunub:1315
Ermənistan parlamentinin yeni spikeri seçilib. AzVision.az-ın məlumatına görə, parlamentin yeni spikeri ölkənin hakim “Respublika” partiyasının üzvü Qalust Saakyan olub.

Parlamentdə gizli keçirilən səsvermə zamanı Saakyanın namizədliyinin lehinə 101 deputat səs verib. Onun rəqibi müxalifətdən olan deputat Qrant Baqratyanın lehinə isə 3 parlamentari səs verib.

Səsvermədə ümumilikdə Ermənistan parlamentinin 106 depuataı iştirak edib. Onlardan ikisinin səsi etibarsız sayılıb.

Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti