Almaniya ordusu 2 saata Ukraynaya girə bilər

Almaniya ordusu 2 saata  Ukraynaya girə bilər
  29 Aprel 2014    Oxunub:1523
Xüsusi kəşfiyyat Slavyanskda əməliyyat keçirə bilər
Almaniya Silahlı Qüvvələri öz xüsusi təyinatlı ordusu olan “KSK”-ı Slavyanskda separatçılara qarşı tətbiq edə bilər. AzVision.az Almaniyanın “Bild” qəzetinə istinadən məlumat verir ki, artıq xüsusi təyinatlılar döyüş vəziyyətinə gətirilib və rəhbərlikdən əmr gözləyir.

Məqalə müəllifi vurğulayır ki, Slavyanskda dörd alman hərbiçisi separatçılar tərəfindən girov götürülüb və onların azad olunması ilə bağlı Kiyevin apardığı danışıqlar uğursuz olub.

Qəzet həmçinin adı çəkilməyən Ukrayna məmuruna istinadən bildirir ki, hökumət qüvvələri Ukraynanın cənub-şərqindəki separatçılarla açıq döyüşlər aparmağa hazır deyillər, çünki dinc sakinlərə qarşı yalnız xaricdən gələn hərbçilərin atəş açmağa cəsarəti çatar.

“Bild” vurğulayır ki, “KSK” iki saat ərzində Ukrayna ərazisində ola bilər.

Eldar
AzVision.az




Teqlər:  





Xəbər lenti