18 nəfərin qatili Ermənistandan kömək dilədi

18 nəfərin qatili Ermənistandan kömək dilədi
  29 Aprel 2014    Oxunub:1195
18 nəfərin ölümündə günahkar olan Qraçya Arutunyan Ermənistan hökumətindən kompensasiyanın ödənilməsini xahiş edib. O bildirib ki, onun həlak olan şəxslərin yaxınlarına kompensasiya ödəməyə imkanı yoxdur.

Avtoqəza zamanı ölənlərdən birinin ailəsi məhkəmə vasitəsilə Qraçya Arutunyandan bir milyon rubl tələb edir. Buna cavab olaraq Arutunyan öz hesabından 1,5 min dollar çıxardılaraq zərərçəkmişlərə verilməsini tapşırıb. O, həmçinin Ermənistanın Rusiyadakı səfiri və insan hüquqları üzrə müvəkkilindən xeyriyyə proqramları vasitəsilə yol-nəqliyyat hadisəsi zamanı həlak olan və yaralılara kömək etməyi xahiş edib.

Arutunyan bu gün növbəti dəfə öz günahını etiraf edib və yaralanan və ölən şəxslərin yaxınlarından üzr istəyib.

Qeyd edək ki, dəhşətli avtoqəza 2013-cü ilin iyulunda baş verib. 41 sərnişininin içərisində olduğu avtobus “Kamaz”la toqquşmadan sonra demək olar ki, iki hissəyə bölünüb. Hadisə nəticəsində 18 nəfər ölüb.

Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti