İraqda parlament seçkiləri keçiriləcək

İraqda parlament seçkiləri keçiriləcək
  30 Aprel 2014    Oxunub:972
İraq vətəndaşları çərşənbə günü nümayəndələr Şurasına (parlamentə) deputatlığa namizədlərə səs vermək üçün seçki məntəqələrinə gedəcəklər.
ABŞ qoşunlarının 2011-ci ilin dekabrında çıxarılmasından bəri bu ölkədə ilk parlament seçkiləridir. AzVision.az bu barədəİTAR-TASS agentliyinə istinadən xəbər verir.
Ümumilikdə 48 mindən artıq seçki məntəqəsi açılacaq. Respublikada cəmi 20 milyon nəfər səsvermə hüququna malikdir.

İraqın müstəqil ali seçki komissiyasının məlumatına görə, 276 siyasi partiya və təşkilatlardan 9039 namizəd, eləcə də özlərini irəli çəkənlər də qeydə alınıblar. 18 əyalətdən 320 deputat proporsional əsasla seçilir, daha səkkiz yer dini azlıqların (beş - xristianlara və hərəsinə bir - yezidlərə, mandeylərə və şabaklara) nümayəndələrinə verilir.

Qadınlar üçün 82 yer ayrılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti