Ərdoğan erməniləri Ankaraya dəvət etdi

Ərdoğan erməniləri Ankaraya dəvət etdi
  30 Aprel 2014    Oxunub:1357
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanı Ankaraya dəvət edərək 1915-ci ildə Osmanlı İmperiyasında baş verənləri açıq şəkildə müzakirə etməyə çağırıb.

AzVision.az-ın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə o, parlamentdə çıxışı zamanı bildirib.

“Biz, bizi əsrlər boyu qorxudan mövzuların necə asan olduğunu anladıq. Biz belə qorxular yaradan millət olamayacayıq. Biz mərdcəsinə keçmişinin qandallarlından azad oluruq və Türkiyənin qarşısında olan qorxu divarını məhv edirik. Bizim utanmalı, qorxmalı və çəkinməli heç nəyimiz yoxdur” – deyə Ərdoğan bildirib.

Baş nazir çıxışının sonunda bildirib: “Mən ümid edirəm ki, Ermənistan və Ümumdünya Ermənistan diasporu ürəkdən atılan bu addımı qiymətləndirəcək. Biz isə onlar tərəfindən eyni dürüst və səmimi niyyətləri görəcəyik”.

Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti