`Gülən camaatı`nın 600 məktəbi bağlandı

`Gülən camaatı`nın 600 məktəbi bağlandı
  30 Aprel 2014    Oxunub:1136
Türkiyə prezidenti Abdulla Gülün milli təhsil haqqında qanun layihəsini mart ayında təsdiq etməsindən sonra Gülən camaatına böyük zərbə dəyib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hazırlıq kurslarını hədəf götürən qanun layihəsi nəticəsində 3500 hazırlıq kursu bağlanacaq.

Gülən camaaatına bağlılığı ilə tanınan bu məktəblərdən indiyə kimi 600-ünün bağlandığı məlum olub.

Qanun layihəsinin bu məktəblərdə çalışan 100 min müəllimi işsiz qoyacağı deyilir.

Emin



Teqlər:  





Xəbər lenti