Rusiyada dəhşət: 11 hərbiçi öldü

Rusiyada dəhşət: 11 hərbiçi öldü
  30 Aprel 2014    Oxunub:1276
Ölənlərin sayının artacağı istisna edilmir.
Rusiyanın Zabaykaliya vilayətində Müdafiə Nazirliyinin anbarında bir neçə partlayış baş verib. AzVision.az Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, partlayışlardan sonra hadisə yerində güclü yanğın başlayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində ən azı 11 nəfər ölüb. Daha 20 nəfərə isə tibbi yarıdm göstərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Digər zərərçəkənlər isə yüngül dərəcədə yanıq xəsarətləri alıblar.

Ehtimallara görə, hərbi müəssisədəki partlayışlara səbəb meşə yanğınları olub. “İnterfax”-ın məlumatına görə, Rusiya müdafiə nazirliyinin binasında ən azı 20 partlayış baş verib.

Hadisədən dərhal sonra yaxınlıqda yerləşən yüzlərlə sakini olan Böyük Tur yaşayış məntəqəsinin sakinləri təxliyə olunub
“Döyüş sursatlarının qəlpələrinin uçuş radiusu 4-5 kilometrdir.

Yaşayış məntəqəsinin evakuasiya olunmasına qərar verilib. Zərərçəkənlər haqqında məlumat yoxdur” – deyə, region rəhbərliyinin yaydığı məlumatda bildirilir. Son məlumatlara görə, artıq ən azı 400 nəfər təxliyə olunub.




Eldar
AzVision.az




Teqlər:  





Xəbər lenti