Aureliya Qriqoriu: `Təcavüzkar ölkələr dünyadan təcrid olunmalıdır` - ÖZƏL

Aureliya Qriqoriu: `Təcavüzkar ölkələr dünyadan təcrid olunmalıdır` - ÖZƏL
  30 Aprel 2014    Oxunub:1102
AzVision.az moldovalı ombudsman Aureliya Qriqoriu ilə müsahibəni təqdim edir.

- Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunu necə dəyərləndiririniz?


- Bəşəri inkişafının mürəkkəb dövründə belə forumun keçirilməsi olduqca yaxşı haldır. SSRİ-nin dağılmasından sonra baş verən hadisələr ərazilərin bölüşdürülməsi məsələsini yenidən gündəmə gətirdi. Bu prosesi dayandırmaq olduqca çətindir, praktik olaraq mümkün deyil. Çünki bu proses BMT sənədlərində göstərilən xalqların öz müqərratını təyin etmə prinsipinə əsaslanır.

Təcrübə göstərir ki, mövcud dövlətlərin bölünməsi prosesləri silah tətbiqi ilə həyata keçirilir, yeni münaqişə ocaqları yaranır. Təəssüf hissilə qeyd etmək lazımdır ki, belə hərbi münaqişələr insanlığa qarşı törədilən soyqırım kimi dəhşətli cinayətlərə səbəb olur. Ona görə də, ərazi bütövlüyünün saxlanılması böyük ölçüdə soyqırım təhlükəsini də ardan qaldırır.

- Azərbaycan dünyada tolerant ölkə kimi tanınır. Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasəti necə qiymətləndirirsiniz?

- Azərbaycan dünyanın ən tolerant beş ölkəsindən biridir və bu sahədə dünyanın digər ölkələri üçün özünəməxsus etalon rolunu oynaya bilər. Mən artıq bir neçə dəfə vurğulamışam ki, Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün olduqca düşünülmüş siyasət yürüdür. Aydındır ki, insan həyatı hər şeydən vacibdir və hər hansı bir münaqişənin sülh yolu ilə həll edilməsi həmişə müharibə variantından yaxşıdır. Hədəflərindən asılı olmayaraq, istənilən münaqişə insan hüquqlarının kütləvi şəkildə pozulması ilə nəticələnir.

İqtisadi müstəqilliyin inkişafı və Azərbaycan əhalisinin həyat səviyyəsinin artması fonunda sosial sabitliyin möhkəmləndirilməsi qonşu dövlətlərə tolerant ölkənin inkişafını göstərir.

Eyni zamanda, mən bu yaxınlarda Çexiyanın paytaxtı Praqada keçirilən Şərq tərəfdaşlığı ölkələri rəhbərlərinin iştirak etdiyi forumda İlham Əliyevin çıxışını vurğulamaq istərdim. Mən təcavüzkar ölkələrə qarşı dünya birliyinin münasibətinin dəyişilməsi tələblərilə tamamilə razıyam. İkili standartlar siyasətindən uzaq durmalı və təcavüzkar ölkələrin rejimləri, liderləri dünyadan təcrid olunmalıdırlar. Təcavüzkarların digər ölkələrə səfərləri qadağan edilməli, viza verilməsi prosesi dayandırılmalı və onlara qarşı iqtisadi və siyası boykot elan edilməlidir.

- Siz Moldova və Azərbaycan arasında ikitərəfli münasibətlərin perspektivləri barədə nə düşünürsünüz?

- Mən istərdim ki, bizim ölkələr arasında ikitərəfli münasibətlər daha da sıx olsun. Bizim ölkələr və xalqlar arasında çox oxşarlıqlar var və ən əsası, bizim xalqlar xeyirxahlıq, qonaqpərvərlik və tolerantlıqda bir-birinə çox bənzəyirlər.

Bu yaxınlarda Praqada bizim prezidentlərinin görüşü baş tutub. Bildiyim qədər, Azərbaycan prezidenti ilham Əliyev moldovalı həmkarı Nikolae Timoftinin Bakıya dəvət edib. Ümid edirəm ki, görüş iki ölkə arasında münasibətlər tarixində yeni səhifə olacaq.

- Siz artıq bir neçə dəfə Azərbayacana səfər etmisiniz. Bizim ölkə haqqında təəssüratlarınız necədir?

- Mən sizin ölkənizə, Bakıya və Azərbaycan xalqına heyranam.

Balifa Baxşıyeva
AzVision.az



Teqlər:





Xəbər lenti