Kuba ruslara tərəf çıxdı
Amerika Birləşmiş Ştatları və Avropa Birliyinin ölkəsinə qarşı tətbiq etdiyi sanksiyalara da toxunan nazir, bu qadağalardan qorxmadıqlarını və Qərbin yanlış yolda olduğunu bildirib. O düşünür ki, 48 rusiyalı məmur və siyasətçiyə tətbiq edilən qadağalar əks effekt verəcək.
Rusiya xarici siyasət idarəsinin rəhbəri Amerika hökumətini Kubaya münasibətinə görə də sərt tənqid edib. Lavrov hesab edir ki, Vaşinqtonun Ukrayna böhranına müdaxilə etməkdənsə, qonşuları ilə münasibətlərə yenidən baxması ona daha çox fayda verər. Rus həmkarının fikirlərinə qatıldığını bildirən kubalı diplomat Rodriqes isə Kuba xalqının daima Moskvanın yanında olacağını qeyd edib.
Səbinə
Teqlər: