Turçinov: Döyüşə hazır olun

Turçinov: Döyüşə hazır olun
  30 Aprel 2014    Oxunub:959
AzVision.az-ın məlumatına görə, bu barədə Prezident Administrasiyasının iclasında Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov bildirib.

Turçinov, eyni zamanda ehtiyac olduğu təqdirdə təcavüzkarlara qarşı ərazi müdafiə batalyonları yaratmaq barədə bütün qubernatorlara tapşırıqlar verib: “Biz hər sahədə ərazi müdafiə batalyonlarının yaradılması barədə əmr imzalamışıq. Bu batalyonlar hər bir vilayətdə formalaşdırılmalı, hər bir administrasiya rəhbəri isə öz regionunun müdafiə planını detallı şəkildə bilməlidir. Təhlükə yarandığı anda onları mobil qaydada digər regionlara göndərəcəyik”.

Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti