Braziliya hökuməti sabitliyi bərpa edə bilmir

Braziliya hökuməti sabitliyi bərpa edə bilmir
  30 Aprel 2014    Oxunub:891
Braziliya hökuməti Rio-de-Janeyro şəhərində sabitliyi heç cür bərpa edə bilmir.
Polis əməkdaşlarının əməliyyat zamanı yaşlı bir qadını öldürməsi şəhər sakinlərinin səbr kasasını daşırıb. Rio-de-Janeyro gecəqondularının sakinləri şəhəri xarabalığa çevirib. Polislə qarşıdurma nəticəsində hər iki tərəfdən xeyli insan yaralanıb, bir neçə nəfər isə həbs edilib.

Qeyd edək ki, Braziliyada hökumət əleyhinə aksiyalar artıq bir neçə aydır davam edir. İştirakçılar hökumətin futbol üzrə Dünya Çempionatına milyardlarla dollar vəsait xərcləməsinə etiraz edir. Onlar bildirir ki, ölkədə təhsil, səhiyyə və nəqliyyat sahəsində problemlər varsa, bu qədər vəsait xərcləmək gülüncdür.

Hökumət isə narazı vətəndaşları qızışdıran narkotik alverçilərinə müharibə elan etməklə, narazılığı yatıracağını düşünüb. Amma, əməliyyatlarda dinc insanların da ölməsi vəziyyətin bu həddə çatmasına səbəb olur.

Səbinə


Teqlər:





Xəbər lenti