Ukraynaya 17 milyard dollar ayrılıb

Ukraynaya 17 milyard dollar ayrılıb
  01 May 2014    Oxunub:1030
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Şurası Ukraynaya 17,01 milyard dollar həcmində kreditin ayrılması ilə bağlı ikiillik proqramı təsdiq edib. Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir. 3,19 milyard dollar həcmində ilk kredit tranşı ən yaxın zamanda Ukrayna hökumətinin hesabına köçürüləcək. Bu məbləğdən iki milyard dollar büdcə kəsirinin aradan qaldırılmasına yönəldiləcək.

BVF-in bəyanatında bildirilir ki, ikinci və üçüncü ödəmələr müddəti effektivlik meyarları üzrə monitorinq nəticələrindən asılı olaraq müəyyən ediləcək.

Qeyd edək ki, daha əvvəl Ukraynanın maliyyə naziri Aleksandr Şlapak bildirib ki, BVF kredit proqramı üzrə ayrılan pullar artıq 5-8 may tarixlərində ölkəyə daxil olacaq. Onlardan bir milyard dolları Ukrayna Milli Bankının ehtiyatlarına, iki milyardı isə büdcə kəsirinin aradan qaldırılmasına yönəldiləcək.


Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti