Lavrov Qərbin Ukraynaya mane olmayacağına ümid edir

Lavrov Qərbin Ukraynaya mane olmayacağına ümid edir
  01 May 2014    Oxunub:1520
Rusiya xarici işlər naziri Serqey Lavrov ümid edir ki, Qərb tərəfdaşları ukraynalıların razılaşmasına mane olmayacaq.
“Rusiya və Peru istənilən halda Ukraynada tərəflər arasında dialoqun baş tutmasının tərəfdarıdır, bu prinsipial hədəfdir. Kiyev rəhbərliyi öz məsuliyyətini dərk etməli və Ukraynanın cənub-şərq regionlarının nümayəndələri ilə dialoqa başlamalı, bundan sonra birlikdə necə yaşayacaqlarını müəyyənləşdirməlidirlər” – deyə, nazir mətbuat konfransında bildirib.

Lavrov həmçinin əlavə edib ki, Kiyev rəhbərliyi və onlara müxalif qüvvələr arasında belə bir dialoq ATƏT vasitəçiliyi ilə həyata keçirilə bilər: “Biz ümid edirik ki, Qərb tərəfdaşlarımız ukraynalıların öz aralarında razılığa gəlmələrinə mane olmayacaq”.


Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti