ABŞ hərbi kəşfiyyatının rəhbəri istefa verir

ABŞ hərbi kəşfiyyatının rəhbəri istefa verir
  01 May 2014    Oxunub:876
ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (MNKİ) rəhbəri Maykl Flinn və onun müavini Devid Şedd 2014-cü ilin sonuna kimi öz vəzifələrini tərk edəcək . AzVision.az-ın “The Washington Post”-a istinadən verdiyi xəbərə görə, onların istefa vermə səbəbləri açıqlanmır. Lakin nəşr iddia edir ki, aralarında yaranan fikir ayrılıqlarına görə, ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Ceyms Klepper istefa verməsi üçün Flinə təzyiq göstərib.

Hələlik direktor və onun müavini öz vəzifələrini icra edirlər. Onların bu ilin payız aylarında istefa verəcəyi gözlənilir. Pentaqonun yaydığı məlumatda bildirilir ki, Flin və Şedd MNKİ-nin iş tərzini dəyişib. Bununla da, agentlik gərgin vəziyyətlərdə tez reaksiya vermək imkanını əldə edib.

Maykl Flininin xələfinin kim olacağı məlum deyil, lakin “The Washington Post” iddia edir ki, bu vəzifəyə general-leytenant Meri Lecer təyin olunacaq. Belə olacağı təqdirdə qadın tarixdə ilk dəfə ABŞ Müdafiə nazirliyinin Kəşfiyyat İdarəsinə rəhbərlik edəcək.


Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti