Separatçılar Ukraynada daha bir şəhəri tutdu - Video

Separatçılar Ukraynada daha bir şəhəri tutdu - Video
  01 May 2014    Oxunub:1049
Rusiya meylli separatçılar Ukraunanın cənub-şərqində yerləşən Amvrosievsk şəhərinə ələ keçiriblər. AzVision.az-ın Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, təxminən 30 yaxın sılahlı şəxs şəhər şurasının inzibatı binasını ələ keçirib.

Yaraqlılar binada Ukrayna bayrağını çıxardaraq “Donetsk Xalq Respublikası”nın bayrağını qaldırıb. Bu zaman binada heç kim olmayıb.

Bundan sonra döyüşçülər separatçılıq meyllərinə qarşı mübarizə aparan şəhər meri İqor Sklyarovun evinə yollanıb. Onlar meri şəhər şurasının binasına gətirərək istefa ərizəsi yazmağa məcbur edib.

Bu gün separatçılar Amvrosievskdə “xalq meri” seçkiləri keçirmək niyyətindədirlər.



Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti