Ukrayna sabah separatçılarla döyüşə başlayır

Ukrayna sabah separatçılarla döyüşə başlayır
  01 May 2014    Oxunub:903
Ukraynanın cənub-şərqindəki xüsusi əməliyyata rəhbərlik ölkənin daxili işlər naziri Arsen Avakovdan Ukrayna Təhlükəsizlik Xidməti (UTX) rəhbəri Valentina Nalivayçenkoya keçib.

AzVision.az-ın məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Qərargahında olan mənbə “RİA Novosti” agentliyinə bildirib ki, sabah separatçılar tərəfindən tutulan obyekt və blokpostların azad edilməsi ilə bağlı genişmiqyaslı əməliyyat keçiriləcək.

“Turçinovun qərarı ilə daxili işlər naziri əməliyyatların rəhbəri vəzifəsindən kənarlaşdırılıb” - deyə, mənbə bildirib. Onun sözlərinə görə, bu barədə müvafiq qərar əməliyyatların birinci mərhələsindəki uğursuzluqlarla bağlıdır.

“Nalivayçenko, Luqansk və Donetsk vilayətlərində yerləşən hərbi hissələrdən istifadənin faydasızlığını anlayaraq, Dmitri Yaroşla məsələhətləşmələrdən sonra UTX təlimatçıları tərəfindən “Sağ Sektor”un xüsusi batalyonlarına təlimlərin keçilməsini təmin edib. Bu batalyonlar may ayının ikisində separatçılar tərəfindən tutulan obyekt və blokpostların azad edilməsi ilə bağlı əməliyyatkeçirəcək” – deyə mənbə bildirib.

O, həmçinin qeyd edib ki, UTX rəhbərinə may ayının üçünə qədər Luqansk vilayətində nəzarəti tamamilə bərpa etmək barədə tapşırıq verilib: “Bunun üçün UTX rəhbərinə bütün səlahiyyətlər verilib”.

Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti