"Xalq artistinin daxili qanaxmasının olması xəbəri həqiqəti əks etdirmir" - TƏBİB

"Xalq artistinin daxili qanaxmasının olması xəbəri həqiqəti əks etdirmir" -    TƏBİB
  30 Avqust 2022    Oxunub:1044
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndə (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdir təyin olunmuş Zamirə Adilova Xalq artisti Ənvər Həsənovun müayinə və müalicəsi ilə bağlı məlumat yayıb.
O, qeyd edib ki, Ənvər Həsənov 28.08.2022-ci il tarixində bronxopnevmaniya diaqnozu ilə Xəzər Tibb Mərkəzində stasionar müalicəyə qəbul edilib. Xalq artistinə mümkün ilkin müayinələr göstərilib və nəzarətə götürülüb.

Xalq artisti xəstəxanaya yerləşdirildi
- Eyni zamanda, müayinələrin növbəti gedişatının müəyyən edilməsi məqsədilə “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilməsi planlaşdırılıb. Ə.Həsənovun özəl xəstəxanalardan birinə köçürülməsi üçün ondan COVID-19-la bağlı test götürülüb və nəticəsinə uyğun olaraq qərar veriləcək.
Qeyd edək ki, xalq artisti həmçinin uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir.
Bildirək ki, sosial şəbəkədə yayılan Ə.Həsənovun daxili qanaxmasının olması xəbəri həqiqəti əks etdirmir, - TƏBİB rəsmisi deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   TƏBİB   Xalq-Artisti  





Xəbər lenti