Müharibə başlayır- Ukrayna hərbi səfərbərlik elan etdi

Müharibə başlayır- Ukrayna hərbi səfərbərlik elan etdi
  02 May 2014    Oxunub:1121
Ukrayna prezidenti Aleksandr Turçinovun fərmanına görə, Ukraynada təxirə salınmış hərbi səfərbərlik bərpa olunub.

AzVision.az xəbər verir ki, fərmanın mətni bu gün dövlət başçısının rəsmi saytında yerləşdirilib. Sənəddə bildirilir ki, ölkənin сənubunda və şərqində vəziyyət pisləşdiyinə görə, silahlı qüvvələrə və başqa hərbi birləşmələrə müddətli hərbi xidmətə çağırışlar gerçəkləşdiriləсək. Yaşı 18-dən 25-ə kimi olan sağlam kişilər orduya çağrılaсaq.

Daha önсə Ukrayna hökumətinin qəbul etdiyi qərara görə, ölkədə orduya müddətli çağırışlardan imtina edilmişdi.

Orduda aparalacaq islahatlar nəticəsində hazırda sayı 184 minə çatan Ukrayna ordusunu peşəkarlardan təşkil olunmuş 122 minlik orduya çevirmək nəzərdə tutulurdu.

ANS PRESS


Teqlər:





Xəbər lenti