"Rusiya artıq məhbusları, mühafizəçiləri orduya cəlb edir" - Associated Press

   "Rusiya artıq məhbusları, mühafizəçiləri orduya cəlb edir" -    Associated Press
  01 Sentyabr 2022    Oxunub:1501
Rusiya özünün 6 aylıq müharibəsində əsgər çatışmazlığını bir çox yollarla həll etməyə çalışır, o cümlədən müharibədə yaralanan əsgərləri hərbi xidmətə qayıtmağa məcbur edir. Bundan başqa, özəl mühafizə şirkətlərindən istifadə edilir, hətta həbsxanalardan işçilər də orduya çağırılır.
AzVision.az xəbər verir ki, bu barədə “Associated Press” anonimlik şərtini qoruyaraq ABŞ rəsmisindən məlumat alıb.

Rusiya ordusunda komandir çatışmazlığı yarandı
ABŞ rəsmisi qeyd edib ki, məlum faktlarl kəşfiyyat əldə edib. Qeyd edilir ki, yaxın gələcəkdə Rusiya Müdafiə Nazirliyi məhkum edilmiş cinayətkarları da “əfv və maddi təzminat müqabilində” orduya çağıracaq.

Müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kahl isə əsgər çatışmazlıqlarından danışarkən jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya qarşı müharibənin ilk aylarında böyük itkilər verdiyini təxmin edib.

"Müharibədə çox duman var, amma məncə, altı aydan az bir müddətdə rusların itkilərinin 70-80 min nəfər olduğunu söyləmək düzgün olar" - Kahl qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti