Davudoğludan ermənilərə yeni barışıq mesajı

Davudoğludan ermənilərə yeni barışıq mesajı
  02 May 2014    Oxunub:999
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Konstantinopol patriarxının Erməni Apostol kilsəsinin rəhbəri Aram Ateşyanının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, görüş zamanı Davudoğlu Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın ünvanlandığı müraciətə erməni tərəfinin reaksiyası verəcəyinə ümid etdiyini bildirib.

Görüş sonrası jurnalistlərə açıqlama verən Davudoğlu Türkiyə erməniləri cəmiyyəti ilə görüşün dost şəraitdə keçdiyini vurğulayıb. Onun sözlərinə görə, nümayəndə heyətinin üzvüləri həmçinin Erdoğanın “soyrırım”la bağlı bəyanatından da razı qaldıqlarını bildiriblər:

“Baş nazirin üzrxahlığı – insani vəzifədir. Bununla biz bir daha dünyanın istənilən nöqtəsində yaşayan ermənilərlə dialoq yaratmaq istəyimizi və iradəmizi ortaya qoyduq. Ümid edirəm ki, bu torpaqlarda sülh şəraiti davam edəcək və bizim uzatdığımız barışıq əli havada qalmayacaq”

Eldar
AzVision.az




Teqlər:  





Xəbər lenti