Slavyanskda xaricilər vuruşur?

Slavyanskda xaricilər vuruşur?
  02 May 2014    Oxunub:894
Ukrayaynanın cənub-şərqində keçirilən anti-terror əməliyyatlarınin ikinci mərhələsində xarici ölkələrin hərbçiləri iştirak edir.
AzVision.az-ın məlumatına görə, bu barədə Slavyanskın `özünümüdafiə qüvvələri`ndən olan mənbəyıə istinad etməklə Rusiya saytları məlumat yayıblar.

Mənbənin sözlərinə görə, radio stansiyalardan istifadə edən şəxslər bir neçə dəfə efirdə ingilis dilində danışıqlar eşidiblər: “Bu, Slavyanska qarşı keçirilən əməliyyatda xarici vətəndaşların iştirakı etməsinin sübutudur”.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Ukrayna hərbçiləri Donetsk vilayətinin Slavyansk şəhərində aviasiya və zirehli texnikanın tətbiqi ilə genişmiqyaslı əməliyyatlara başlayıb.Hadisə nəticəsində ölənlər var.

Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti