Dnepropetrovskda silahlar yığılır

Dnepropetrovskda silahlar yığılır
  03 May 2014    Oxunub:1857
АКМ tipli avtomatlara 3 min dollar, pulemyot və qranatomyot təhvil verənə 5 min dollar təyin edilib.
Dnepropetrovsk vilayətinin milli müdafiə qərargahı separatçılıq, banditizm və muzdlu diversiya qrupları ilə mübarizə məqsədilə 3 may tarixindən hər təhvil verilən silaha görə pul mükafatının məbləğini artırıb.

Bu barədə qərargahdan Unian-a bildirilib. АКМ tipli avtomatlara 3 min dollar, pulemyot və qranatomyot təhvil verənə 5 min dollar təyin edilib.

Qərargahın məlumatında bildirilir ki, silahlar "Aleksandropol", "Sərhəd - Slavyanka", "Pokrovka" kimi blok-postların ərazilərində qəbul edilir.

Silahı təhvil verərkən şəxsiyyəti müəyyən edən hər hansı bir sənədin olması vacib deyil. Mükafatın ödənilməsi təxirə salınmadan elə yerindəcə həyata keçirilir.

Səbinə


Teqlər:





Xəbər lenti