İnvestorlara 10 illik vergi güzəşti

İnvestorlara 10 illik vergi güzəşti
  04 May 2014    Oxunub:1074
Qazaxıstanda investorları 10 illlik korporativ gəlir vergisinin ödənişindən azad edəcəklər. Bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Asiya inkişaf bankının 47-ci illik iclasının açılışında bildirib.
"Biz investorlar üçün maksimal əlverişli iqlim yaratmaq niyyətindəyik. Bu məqsədlə bu il biz "İnvestisiya qanunvericiliyinin təkmilləşdirilməsi haqqında" yeni qanunu qəbul edəcəyik.

Biz 10 ildə korporativ gəlir vergisinin ödənişindən investorları azad etməyi, investisiya maddi yardımlarını daxil etməyi, sabit qanunvericiliyi və tariflərin proqnozlaşdırılmasını təmin etməyi, xarici iş qüvvəsinin idxalını sadələşdirməyi planlaşdırırıq", - Nazarbayev qeyd edib.

Onun sözlərinə görə, investorlarla iş bir pəncərə prinsipi üzrə həyata keçiriləcək.


Teqlər:





Xəbər lenti