Ukrayna gəmilərinin Krımdan çıxarılacağı tarix məlum oldu

Ukrayna gəmilərinin Krımdan çıxarılacağı tarix məlum oldu
  04 May 2014    Oxunub:876
Ukrayna Hərbi-Dəniz Qüvvələrləri köməkçi gəmilərinin növbəti qrupunun mayın 6-da Krımdan çıxarılacağı planlaşdılırır.
AzVision.az xəbər verir ki, bu barədə hərbi mənbədən Ukrayna mətbuatına məlumat veriblər. Mənbənin verdiyi məlumat da qeyd olunub ki, Krımın işğalı zamanı ələ keçirilən və sözü gedən tarixdə ölkədən çıxarılacaq Ukrayna gəmilərinin siyahısında "Poçaiv" dəniz dalğıc gəmisi və "Sokal", "Korosten" "Dobropillaya" adlı tibbi və yoxlama katerləinin adları var.

Mənbənin sözlərinə görə Ukraynaya məxusu gəmilər işğal edilən Krımın dəniz limanlarından çıxarılaraq Odessanın və Oçakovunyek limanlarına aparılacaq.

Qeyd edək ki, bir müddət bundan öncə Rusiya hərbçiləri Donuzlav gölündə Ukrayna gəmisini batırıb. Gəminin Ukraynanın dənizə çıxışını bağlamaq üçün batırıldığı barəsində məlumat verilib.

Xatırladaq ki, bir neçə ay öncə də Ukraynaya məxsus "Oçakov" gəmisi də batırılmışdı.


Teqlər:





Xəbər lenti